NATO Rusiyaya qarşı PLAN HAZIRLAYACAQ - Baş katib açıqladı

NATO Rusiyaya qarşı PLAN HAZIRLAYACAQ - Baş katib açıqladı

NATO ölkələrinin müdafiə nazirləri bu gün Rusiyanın davranışlarına ittifaqın cavabını müzakirə edəcəklər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Nazirlər Şurasının plenar iclasının açılışında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz bu gün Rusiyanın daha inadlı davranışlarını və cənub sərhədlərimizdə qeyri-sabitlik də daxil olmaqla, ittifaqın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyik. Biz ittifaqın uyğunlaşdırılmış komanda strukturunun reallaşdırılmasına baxacağıq. Bu, istənilən istiqamətdən təhdidlərə reaksiya göstərmək üçün əsas yaradır”, - Stoltenberq deyib.

Müdafiə nazirlərinin iclasının qalan hissəsi bağlı qapılar arxasında keçəcək.

Qeyd edək ki, daha əvvəl Stoltenberq Qara dənizdə Rusiyanın hərbi baxımdan gücləndirilməsindən və Azov dənizindəki vəziyyətdən narahatlığını ifadə edib.






Fikirlər