Rusiya Xarkovu “İskəndər”lə vurdu - VİDEO

Rusiya Xarkovu “İskəndər”lə vurdu - VİDEO

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Koivşarovka kəndini “İskəndər” raketlərindən atəşə tutub.
 
Nəticədə 6 nəfər yaralanıb ki, onlardan ikisi azyaşlıdır.
 
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
 
“73, 85 və 90 yaşlarında üç yaşlı qadın xəsarət alıb. Həmçinin bir hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq da yaralanıb”, - deyə Sinequbov bildirib.
 
Onun sözlərinə görə, xəsarət alanlarda qəlpə yaraları aşkarlanıb.
 
Eyni zamanda kənddə yataqxana, iki fərdi yaşayış evi və qaz xəttinə ziyan dəyib.
 
Günün ikinci yarısında rusiyalılar Qluşkovka kəndini də atəşə tutublar. Nəticədə 60 yaşlı qadın yaralanıb.
 
“Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, hazırda həkimlər onlara yardım göstərirlər. Hadisə yerində təcili tibbi yardım işçiləri çalışırlar. Məlumatlar dəqiqləşdirilir”, - deyə Oleq Sinequbov qeyd edib.

Mənbə: Ukrainskaya pravda






Fikirlər