"34 min əsgər hazır vəziyyətə gətirilib" - Fransadan kimyəvi silah xəbərdarlığı

 

"İŞİD hədəflərinin müəyyən edilməsi və vurulması barədə Rusiya ilə heç bir əməkdaşlıq etməmişik".

 Azərtaym.az xəbər verir ki, bunu Fransanın Baş Qərargah rəisi, general Pier Vilyers yerli mətbuata deyib. O, İŞİD-ə qarşı hərbi qələbənin qısa müddətdə qazanılmayacağını bildirib:

“Parisdəki terror hücumundan sonra ölkənin təhlükəsizlik tədbirləri çərçivəsində 34 min əsgər hazır vəziyyətə gətirilib. İŞİD ortaq düşməndir, ancaq Rusiya ilə bu məsələdə əməkdaşlığımız olmayıb”.

Fransanın Müdafiə naziri Jan-İv Drian isə “Avropa 1” radiosuna müsahibəsində kimyəvi silah hücumu riski ilə üz-üzə ola biləcəklərini bildirib.






Fikirlər