SON DƏQİQƏ! Dəhşətli zəlzələdə 8 NƏFƏR ÖLDÜ - Yaralılar VAR ...
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Pekin vaxtı ilə gecə yarısı maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Epidemiya 10 km dərinlikdə yerləşir. Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub. *** Çində 6,1 bal gücündə zəlzələ baş verib. Gundem.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.