Son 3 gündə Azərbasycanda 4 zəlzələ baş verib
Sentyabrda Azərbaycan ərazisində ümumilikdə 7 dəfə zəlzələ qeydə alınıb.
Növbəti zəlzələ Gəncə şəhərində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar sentyabrın 17-də saat 21.55-də qeydə alınıb. Gəncə şəhərindən 38 km cənub-qərbdə baş vermiş zəlzələnin şiddəti 3.4 bal gücündə olub. Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.
Növbəti iki zəlzələ isə Xəzər dənizinin Azərbaycan massivində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə zəlzələlərdən biri sentyabrın 19-da saat 23.30-da baş verib. 69 km dərinlikdə qeydə alınan zəlzələnin şiddəti 3.3 bal gücündə olub. Xəzər dənizində daha bir zəlzələ sentyabrın 20-də baş verib. Yerli vaxtla gündüz saat 11.38-də baş vermiş zəlzələnin şiddəti 3.0 bal gücündə olub. Yeraltı təkanlar 63 km dərinlikdə qeydə alınıb.
Zəlzələlər heç biri hiss olunmayıb.
Bundan əvvəl isə ikisi Oğuz rayonunda, biri Şəkidə olmaqla sentyabrın 4-də 3 zəlzələ baş vermişdi. Şəkidə baş verən və 5.9 bal gücündə qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunmuşdu. Zəlzələ nəticəsində Şəkidəki bəzitarixi tikililərdə dağıntı baş vermişdi. Göyçayda isə bir nəfər suquyusuna düşərək dünyasını dəyişmişdi.