Rusiyanın ən bahalı hava hücumu... - Kremlə neçəyə başa gəlib?

Xəbər verildiyi kimi, Rusiya bu gün səhər Ukraynaya qarşı müharibə başlayandan bəri ən kütləvi raket və PUA hücumunu həyata keçirib. Bu, həm də ən baha başa gələn hava hücumu sayılır. Kiyev başda olmaqla, ölkə ərazisinə ümumilikdə 158 hava hücumu silahı atılıb ki, onların da 110-u raket olub.

“AzPolitika.info” xəbər verir ki, ukraynalı mütəxəssislər bu hücumun Rusiyaya neçəyə başa gəldiyini hesablayıblar. Məlum olub ki, Kreml 12 dinc sakinin ölümünə və bir neçə yaşayış binasının dağıdılmasına ümumilikdə ən azı 1,273 milyard dollar xərcləyib.

Rusiya Ukrayna ərazisinə bu silahları atıb:

36 “Şahed 136/131” PUA-sı;

Ən azı 90 X-101/X-555/X-55 və 8 ədəd X-22/X-32 qanadlı raketləri;

14 ədəd S-300/S-400/”İskəndər-M” ballistik raketləri;

5 ədəd X-47M2 “Kinjal” aeroballistik raketləri;

4 ədəd X-31P radar əleyhinə raketlər;

1 ədəd X-59 raketi.

Bir X-47 “Kinjal” hipersəs raketinin qiyməti 10 milyon dollardan başlayır, 5 atışın ümumi dəyəri 50 milyon dollardır.

İranın “Şahed-136/131” hücum PUA-larının birinin qiyməti 20 min dollardan 50 min dollara qədərdir. Yəni 36, belə PUA ən azı 720 min dollara başa gəlir.

“Forbes”-in məlumatına görə, X-101 raketinin dəyəri 13 milyon dollardır. Bu, o deməkdir ki, atılan 90 raketin ümumi dəyəri 1,17 milyard dollar təşkil edir. X-22 raketinin dəyəri 1 milyon dollardır. Hücumda 8 belə raket istifadə olunub ki, bu da 8 milyon dollar edir.

“İsgəndər-M” ballistik raketi 3 milyon dollara başa gəlir, hücumda istifadə olunan 14 bu tipli raketin ümumi dəyəri 42 milyon dollardır.

Həmçinin, “Forbes”-in digər məlumatlarına görə, X-31P və X-59 raketlərinin hər birinin dəyəri 0,5 milyon dollardır. Bunların da ümumilikdə 5-nin dəyəri 2,5 milyon dollar təşkil edir.

Beləliklə, dekabrın 29-u gecə və səhər saatlarında Ukraynaya atılan raket və PUA-lar Rusiyaya 1 milyard 273 milyon 220 min dollara başa gəlib.






Fikirlər