DƏHŞƏTLİ ZƏLZƏLƏ böyük qorxu yaşatdı: küçələr insanla doludur - VİDEO - FOTOlar
Xəbər verdiyimiz kimi, Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra əhali qorxu içində evlərini tərk ediblər. Böyük həyəcan keçirən bina sakinləri küçələrə axışıb. Bu barədə görüntülər sakinlərin biri tərəfindən lentə alınıb. AzerTaym.az milli.az-a istinadən sözügedən görüntüləri təqdim edir: Qeyd edək ki, Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub. Daşkəndin özündə isə 3 bal olub. Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub. Məqaləyə dair fotomateriallar: