MASALLIDA 3,1 bal gücündə ZƏLZƏLƏ
Masallıda 3,1 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, yeraltı təkanlar yardımlı stansiyasından 28 kilometr şərqdə qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:02-də qeydə alınıb. Zəlzələ hiss olunmayıb.