Belçikada fermerlər Avropa Parlamentini mühasirəyə aldılar - VİDEO

Belçikada fermerlər artan xərclər, Avropa Birliyinin (Aİ) ekoloji siyasətləri və ucuz idxal məhsulları kimi problemlərə etiraz etmək üçün əsas yolları nəqliyyatın hərəkətinə bağlayıb.

Ölkə.Az “The Guardian”a istinadla xəbər verir ki, paytaxt Brüsseldə traktorları ilə nəqliyyat axınını dayandıran fermerlər Avropa Parlamentinin binasını da mühasirəyə alıblar.

Fermerlərin etirazı ilə bağlı AP şəhərciyinin girişlərinə tikanlı məftillərin çəkilməsi diqqət çəkib.

Qeyd edək ki, kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün fermerlərin təşəbbüsü ilə keçirilən traktor nümayişləri Avropanın bir çox ölkəsinə yayılıb. Fransada başlayan və Belçikadan sonra bir çox ölkələrə yayılan etirazlar Almaniya, Polşa, İspaniya, İtaliya və Rumıniyada da davam edir.






Fikirlər