Sankt-Peterburqda keçirləcək Rusiya-Türkiyə sammiti ləğv olunub

 

Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib.

 APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb: “Rusiya hökuməti sammitin ləğvi barədə qərara gəlib”.

Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə prezident administrasiyasının nümayəndəsi isə, öz növbəsində,  R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.  

Qeyd edək ki, dekabrın 15-də Peterburqda yüksək səviyyədə  Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada  G20 sammitində razılığa gəlmişdilər

(Azərtaym.az)

 






Fikirlər