““Patriot”la rus təyyarələrini vura bilərsiniz” – Almaniya da icazə verdi

Ukrayna Rusiya hava məkanında “Patriot” sistemlərindən istifadə edərək işğalçı ordunun təyyarələrini vura bilər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya - Ukrayna mərkəzinin rəhbəri, Bundesverin general-mayoru Kristian Freudiq deyib. Alman generalın sözlərinə görə, hazırda Xarkov istiqamətində buna ciddi ehtiyac var: “Mümkündür ki, “Patriot” sistemləri indi Xarkov vilayətində istifadə olunacaq. O, Rusiya ərazisindən Xarkova dəhşətli bombalar ata bilən rus təyyarələri ilə döyüşmək üçün əla vasitədir”.

Onun sözlərinə görə, bu sistemlərdən istifadəyə görə məsuliyyət yalnız Ukrayna hərbçilərinin üzərinə düşür: “Onlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər və ukraynalılar nəinki buna əməl edəcək, həm də bunu böyük taktiki məharətlə yerinə yetirəcək və uğur qazanacaqlar”.

Xatırladaq ki, artıq 10-dan çox ölkə Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyası ərazisində öz silahlarından istifadə etməyə icazə verib. Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə Kanada, Almaniya, Finlandiya, Fransa və digərlərinin verdiyi silahlarla zərbələr endirə bilər. ABŞ mediası Prezident Co Bayden administrasiyasının da Ukraynaya Rusiya ərazisini Amerika silahları ilə vurmağa icazə verdiyini yazıb.






Fikirlər