Bu təkliflər Rusiyaya müharibə elanı deməkdir – Moskvaya qarşı İKİ VARİANT
Rusiyanın tammiqyaslı hücumundan qaçmaq və Rusiya hərbçilərini ərazimizdən qovmaq iki variantla mümkündür. Publika.az xəbər verir ki, bu haqda jurnalist, beynəlxalq hüquq mütəxəssisi Viktor Kaspruk “Azadlıq” radiosunun saytında yazıb. Onun sözlərinə görə, birinci variant ondan ibarətdir ki, Polşa və Litva müttəfiqlərlə konsultasiyalardan sonra NATO-nun “Patriot” raket əleyhinə sistemlərinin Ukraynanın Rusiya ilə sərhədində və işğal edilmiş Krımla inzibati sərhədində yerləşdirilməsi barədə məsələnin qaldırılmasına təşəbbüs edirlər. “İkinci variant: Kiyev NATO-dan kənar əsas müttəfiq statusunu almaq xahişiylə ABŞ-a müraciət edir”, -Kaspruk yazıb. Onun fikrincə, Ukrayna ətrafında vəziyyət elə inkişaf edir ki, NATO-ya üzv dövlətlərin özləri Rusiya-Ukrayna sərhədinin perimetri üzrə öz bazalarının genişləndirilməsində maraqlı olmalıdır. Jurnalist yazır ki, söhbət Polşa, Slovakiya, Rumıniya və Macarıstan kimi ölkələrdən gedir. Daha əvvəl “Apostrof” nəşrinə müsahibəsində Ordu, konversiya və silahsızlaşdırma tədqiqatları üzrə Ukrayna Mərkəzinin başçısı Valentina Badrak bildirib ki, Kiyev öz ərazisində ABŞ-ın hava hücumundan müdafiə vasitələrini yerləşdirməklə NATO-ya girişi təmin edə biləcək. Hərbi ekspert qeyd edib ki, “Patriot”un bir neçə divizionu və ittifaq bölmələri Ukraynada sədd çəkəcək.