PUTİN, YOXSA ƏRDOĞAN QALİB GƏLƏCƏK? – “Uğursuz şəkildə Türkiyəni cəzalandırmaq istəyir…”

 

 

2015-11-24-17-14-06putin-erdogan

Putin göstəriş verib ki, 1 yanvar tarixindən Türkiyə vətəndaşları üçün vizasız rejim qaldırılsın və türk yük avtomobilləri və gəmiləri üçün nəzərdə tutulan yoxlamalar sərtləşdirilsin. O, həmçinin gələn ildən etibarən Rusiya ərazisində Türkiyə vətəndaşlarının işə götürülməsini və bu ölkəyə qarşı sanksiyalar paketinin tətbiq olunmasını hökumətdən xahiş edib. (Bloomberg)

30 noyabr tarixində Rusiya hökuməti Türkyəni cəzalandırmağın yollarını müzakirə edərək, belə qərara gəlib ki, bu ölkəyə turist səfərlərinin təşkilinə və çarter təyyarə reyslərinə qadağa qoysunlar. Bununla yanaşı həmin məmurlar, türk yük avtomobillərinin Rusiya ərazisindəki hərəkətinə məhdudiyyətlər gətirmək və Türkiyədən ixrac olunan meyvə-tərvəz məhsullarına embarqo qoymaq qərarına da gəliblər. Sadalanan sonuncu tədbir isə yaxın gələcək üçün heç bir effekt verməyəcək. Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç qeyd edib ki, həyata keçiriləcək istənilən tədbir qiymətlərin qalxmasına gətirib çıxarmamalıdır. Rusiyanın Qərb ölkələrindən gətirilən ərzaq məhsullarına qoyduğu qadağa qiymətlərin 20-30% yüksəlməsinə səbəb olmuşdu. Buna görə də keçən ilin oktyabr ayındakı pərakəndə satışın həcmi, ondan əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 11,7% azalmışdı.

Meyvə və tərəvəzin gətirilməsi və turizm sektoruna qarşı tətbiq edilən sanksiyalar hər iki ölkə üçün ağrılı olacaq. Keçən il Türkiyə tərəfindən Rusiyaya 1,2 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu isə Rusiyaya idxal olunan qida məhsullarının 7 %-ni təşkil edir. Türkiyə fermerləri bu problemin öhdəsindən gəlməyi bacaracaqlar. Beləki, keçən il onların Avropa Birliyindəki həmkarları Rusiyanın embarqosuna baxmayaraq, ixracın həcmini artıra bilmişdilər.

Ümumiyyətlə isə, tətbiq etdiyi sanksiyalara görə Rusiya daha çox itirə bilər. Rusiyanın idxal etdiyi tərəvəzin 20%-i, sitrus meyvələrinin isə 90%-i Türkiyənin payına düşür. Türkiyə rusiyalıların istirahət etdiyi ən populyar ölkədir. Keçən il Rusiyadan Türkiyəyə gedən turist sayı 3,3 milyon nəfər olub. Yəni bu rəqəm xaricə gedən rus turistlərinin 19 %-nə bərabərdir. Türkiyə kurortları milyardlarla dollar gəlir əldə ediblər, lakin əgər rusiyalı turistlər Türkiyəyə getməslər, bu turizm sektoru üçün ölümcül bir zərbə olmayacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, keçən ilin iyul ayında Türkiyə Rusiyadan 686 min 256 turist qəbul etdiyi halda, həmin ay Avropadan gələn turistlərin sayı 3,1 milyon olub.

Rublun zəifləməsi əksər rusiyalılar üçün Avropadakı istirahəti bahalı edib. Hal-hazırda Misirə səyahət etmək isə Sinay yarımadası üzərində Rusiyaya məxsus sərnişin təyyarəsinin vurulmasından sonra qadağan edilib.

Putin Türkiyəyə gedən qaz nəqlini və Rusiyanın “Rosatom” dövlət şirkətinın rəhbərliyi altında ilk Türkiyə Atom Elektrik Stansiyasının tikintisini dayandırmaqla Ərdoğana daha böyük ziyan vura bilərdi. Türkiyə istehlak etdiyi qazın 60%-ni Rusiyadan alır. Belə olan halda Rusiyanın enerji nəqliyyatçıları gəlirli bir bazardan məhrum olacaqdılar. ”Qazprom” şirkəti isə cənubi Avropa bazarını Azərbaycan və İran kimi rəqiblərinə buraxmaq məcburiyyətində qalacaqdı. Artıq Azərbaycan Türkiyəyə qaz nəql etməkdədir və onlar bu ölkəyə ixrac etdikləri qazın həcmini artırmağa məmnun olardılar. Amma Rusiya hökuməti belə risklərə getmək istəməyərək, öz vətəndaşlarının həyatlarını çətinləşdirməkdə davam edirlər. Onlar bu cür fəaliyyətlərini təxribatçı təbliğat üsulları ilə kompensasiya edə biləcəklərinə ümid bəsləyirlər.

Belə taktikanın keçmişdəki effektivliyinə baxmayaraq, özünün üçüncü prezidentlik dövründə Putinin nə qədər yeni düşmənlər qazandığını nəzərə alaraq, Rusiyanın daxil olduğu indiki vəziyyətin getdikcə pisləşdiyini söyləmək olar. Hazırda münaqişəli qonşularının sayının artması şəraitində və güclənən təcrid vəziyyəti ilə barışmaqla yaşamağa məcbur qalmış rusiyalılar, nəhayət başa düşə bilərlər ki, Putin problemin həlli yox, məhz problemin özüdür.
Ancaq hələki Putinin qəzəbli bəlağəti rusiyalılar arasında özünə tərəfdarlar tapır və eyni zamanda da əsəbi əhval-ruhiyyəyə malik türkləri də Bosfor boğazından keçmək istəyən Rusiya gəmilərini saatlarla gözləməyə məcbur etməklə, təxribata çəkir.

Putin kimi Ərddoğan da xarici təhlükələrdən məharətlə istifadə edərək, öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmağı çox yaxşı bacarır. Amma Putinə nisbətən Ərdoğanın xarici düşmənləri xeyli azdır. Çox güman ki, indiki münaqişədən Ərdoğan Putinə görə daha uduşlu çıxacaq.

Çevirdi: Vaqif NƏSİBOV






Fikirlər