Baş nazirə korrupsiya ittihamı – “90 milyon mənimsəyib…”

 

362A9DC6-94D4-47E1-B72D-D93CDFA4DDB1_w268_r1Ukrayna prokurorluğu baş nazir Arseniy Yatsenyukun korrupsiya şəbəkəsində əli olub-olmamasnı araşdırır.
Söhbət Odessa liman zavodundan il ərzində 90 milyon dolların mənimsənilməsindən gedir.
Bu barədə dekabrın 8-də Britaniyanın “The Times” qəzeti baş prokurorun müavini və Odessa vilayətinin prokuroru David Sakvarelidzeyə istinadla yazıb.
Onun sözlərinə görə, bu dövlət mülkiyyəti olan zavoda reyd zamanı bəlli olub.
“Ukrainskaya Pravda”nın yazdığına görə, Yatsenyuk və ətrafı ittihamı rədd edir.
Odessa vilayətinin qubernatoru Mikheil Saakashvili isə dekabrın 7-də “5-ci kanal”a müsahibəsində nazirlər kabineti və böyük iş adamlarının korrupsiyada əli olmasını göstərən sənədlər təqdimetməyə hazır olduğunu bildirib.
O bildirib ki, Ukrayna korrupsiya şəbəkəsinə görə 5 milyard dollar itirir. /”Azadlıq” radiosu

 






Fikirlər