Həkimlərin bədbin proqnozu qüvvədə qalır
Həkimlər İsrailin keçmiş baş naziri Ariel Şaronun təzyiqini və ürək ritmini sabitləşdirə biliblər. “The Jerusalem Post”un verdiyi məlumata görə, bunu keçmiş baş nazirin müalicə olunduğu “Şiba” klinikasının direktoru Zeyev Rotteyn deyib. 85 yaşlı xəstənin “aslan kimi həyat uğrunda mübarizə apardığını” desə də, xəstəliyin inkişafı ilə bağlı bədbin proqnozu təsdiqləyib.