Zəlimxan Yaqub: "Həkimlər müalicənin nəticəsindən razıdırlar"

"Müalicə hələ 5-6 aya qədər davam edə bilər "
Zəlimxan Yaqub: "Həkimlər müalicənin nəticəsindən razıdırlar"
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub müalicə olunmaq üçün getdiyi Almaniyanın Hannover şəhərindən qayıdıb. Xalq şairinin ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər müalicənin yaxşı getdiyini söyləyiblər. Zəlimxan Yaqub həmçinin qeyd edib ki, həkimlər müalicənin nəticələrindən razı olduqları üçün hələlik böyrəklərin dəyişdirilməsindən danışmaq lazım deyil. Onun sözlərinə görə müalicə prossesi uzun müddət davam edəcək: "Müalicə hələ 5-6 aya qədər davam edə bilər".

Xalq şairi Zəlimxan Yaqub haqqında mətbuatda yayılan böyrəklərini dəyişdirəcək kimi başlıq xəbərlərə də münasibət bildirib: "Şükür Allaha ki həkimlər müalicənin gedişindən razıdılar. Onlar böyrəklərimin dəyişdirlməsini fikirləşmirlər".

Qeyd edək ki, Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bir müddətdir ki, Almaniyanın Hannover şəhərin börəklərindən müalicə alır.






Fikirlər