DƏNİZLƏRDƏ ABŞ-ÇİN TOQQUŞMASI – “Oğru – oğrunu tutun qışqırır”

1791ABŞ Çənubi-Çin dənizindəki Parasels adalarına “azad naviqasiya” missiyası çərçivəsində raket esminesi göndərib. Çin hakimiyyəti isə bidirib ki, gələcəkdə amerikanların bu cür missiyalarına qarşı onların reaksiyası cərt olacaq.

30 yanvar 2016-cı ildə ABŞ-ın “Curtis Wilbur” esminesi Triton adasının 12 milliyinə kimi üzüb. Çin, Tayvan və Vyetnam bu adanı öz əraziləri hesab edirlər.

Çin hakimiyyəti insidenti ABŞ-ın regionda hegemonluq qurmağa cəhdi adlandırıb. Çinlilərin reaksiyası daha çox belə bir atalar sözünü xatırladır: ”Oğrunun özü – oğrunu tutun, qışqırır”.

Şərqi-Çin və Cənubi-Çin dənizlərində nəzarəti gücləndirməkdən ötrü Çin hökuməti 2013-cü ildən tədbirlər görməyə başlayıb. Onlar hüquqi cəhətdən Yaponiyanın Senkaku adasının yerləşdiyi Şərqi-Çin dənizində “tanınma zonası” Air Defense İdentification (ADİZ) tətbiq ediblər. Çin hakimiyyəti bu ərazini keçmək istəyən istənilən ucuş aparatına, öncədən onlara xəbər verilməsi barədə tələb irəli sürür. Digər ölkələr ADİZ və Çinin hərəkətlərinin qanuniliyini qəbul etmirlər.

Bu məsələyə ilk olaraq ABŞ reaksiya verib. 26 noyabr 2013-cü ildə Vaşinqton, Çindən başqa hamının beynəlxalq hava sahəsi hesab etdiyi regiona iki bombardmançı göndərib. Çin isə bu regiondakı səylərindən əl çəkməyib. Onlar burada süni ada tikərək, bütün diqqətlərini Cənubi-Çin dənizinə yönəldiblər. Çin həmin adada hərbi baza qurmağa başlayıb.
Süni yaradılmış adaların bəzilərinin Çinin Haynan adasından 1600 kilometr uzaqda yerləşməsinə baxmayaraq, Çin başqa ölkələr üçün bu adalar yaxınlığındakı hava və su sahəsini qapatmaq istəyir.

2015-ci ilin mayında Cənubi-Çin dənizindəki süni adalar istiqamətinə ABŞ “P8-A Poseidon” patrul təyyarəsini göndərmişdi. ”CNN”, Çin hərbçilərinin Amerika təyyarəsindən ərazini tərk etməsini tələb etmələri ilə bağlı audio yazısını yaymlamışdı.

spartli adasi

Həmin regionda yerləşən ölkələrin bir-birlərinə qarşı xeyli sayda ərazi iddiaları var, lakin onlardan fərqli olaraq, Çin hökuməti bütün Cənubi-Çin dənizinə iddialıdır və Pekin öz iddiasını aqressiv yolla təsdiq etmək istəyir.
Cənubi–Çin dənizini dəyərləndirməmək olmaz. Çünki bu dəniz vasitəsilə gün ərzində 13,6 milyon barel neft daşınan Malayya boğazına nəzarət etmək mümkündür. Yaponiyanın “Nikkei Asian Review” nəşri yazır: “Əgər Çin Cənubi-Çin dənizi üzərində nəzarəti ələ keçirə bilərsə, onda bunun nəticələrini bütün dünya hiss edəcək. Demək olar ki, dünya xam neftinin və sıxılmış təbii qazın yarısı Cənubi Çin dənizindən keçir”.

Çinin hərəkətləri Yaponiya, Vyetnam və Filippini hiddətləndirir. Bu ölkələr ABŞ-ı əməliyyatları davam etdirməyə çağırmaqla yanaşı, özləri də oxşar əməliyyatlar həyata keçirirlər. 16 yanvarda Tayvanın yeni prezidenti Tsay İnven bildirib ki, o, Yaponiya ilə əlaqələri möhkəmləndirəcək. Digər yandan isə Tayvan prezidenti Cənubi-Çin dənizində sərbəst naviqasiya əməliyyatlarının keçirilməsinə çağırıb. 2015-ci ilin oktyabrında ABŞ özünün rəsmi mövqeyini açıqlayıb. Vaşinqton bəyan edib ki, onlar Çin tərəfindən salınan süni adaları Çin ərazisi hesab etmirlər və bu regiondakı əməliyyatlarını davam etdirəcəklər.

2015-ci ilin oktyabrında Amerikanın Hərbi Dəniz Donanması Cənubi-Çin dənizinə “USS Lassen” minadaşıyan gəmisini yollamışdı. Çinin təbliğat şöbəsi “We Chat” sosial şəbəkəsinin 200 milyon istifadəçisinə Amerika hərbçilərinin Cənubi-Çin dənizinə “qanunsuz” müdaxiləsi barəsində məlumat yollayıb. Çinin dövlət KİV-ləri isə bu xəbəri geniş şəkildə tirajlayıb.

2016-cı ilin yanvarında da Cənubi-Çin dənizinə daxil olan ABŞ esminesinə qarşı verilən reaksiya da, əvvəlkinə uyğun olub. Çin hakimiyyəti qonşu ölkələrin iradlarını məntiqsizlik, ABŞ-ı təcavüzkar, özünü isə zərərçəkən kimi qələmə vermək istəyir.

(“The Epoch Times”)

 






Fikirlər