İQBAL AGAZADƏ GƏNC XANIMI özünə müavin təyin etdi — Gənclər Günündə

İqbal Ağazadə gənc xanımı özünə müavin təyin etdi — Gənclər GünündəÜmid Partiayasına yeni müavin təyin edilib.

Bu gün, fevral ayının 2-si Tamilla Qulami Ümid Partiyası sədrinin Təbliğat və Təşviqat məsələləri üzrə müavini təyin olunub.

Qeyd edək ki, Tamilla Qulami Azərbaycan Ümid Partiyasında “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. 2015-ci ilin aprel ayının 13-ündən partiyanın Ali Məclis Sədrinin müavini vəzifəsində çalışıb.

23 dekabr 2014-cü il Azərbaycanda keçirilən Bələdiyyə Seçkilərində Ümid Partiyasından namizədliyini irəli sürüb, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə seçilib. "Yerli Ekologiyalar Daimi Komissiyası"nın üzvüdür.

2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir.

2014-cü ildə Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Türk xalqlarının Qurultayı”, Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən “Elat Mədəniyyəti Günləri” tədbirində iştirak edib. 2014-cü ilin 13-15 oktyabrında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III "Gənc Liderlərin Akademiyası“nda Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.

125-lər Siyasi Klubunun İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Ümid Partiyasının Ali Məclis Sədrinin müavini, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzvü Tamilla Qulami Tərtər 95 Saylı Seçki Dairəsindən 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb.Ölkə.Az






Fikirlər