QARA DƏNİZ uğrunda müharibə hazırlığı: PUTİN 40 qırıcı göndərdi

 

Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, Qara dəniz sahillərinə 40 hərbi təyyarə və helikopter göndərilib.

Bu barədə Rusiya KİV-lərinin yaydığı məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi hərbi təyyarə və helikopterlərin Qara dəniz sahilində min kilometrlik təlim uçuşu həyata keçirdiklərini bildirilib.

Daha sonra hərbi hava vasitələrinin Kuban bazasına geri qayıtdığı qeyd edilib. Qara dəniz sahilinə göndərilən hərbi vasitələr arasında taktiki bombardman, hücum və hərbi nəqliyyat təyyarələri, eləcə də hücum helikopterləri yer alıb. 

 

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə naziri Sergey Şoyqu açıqlamasında Cənub Hərbi Dairəsi və Hava Desant Qüvvələrinin də qəfil döyüş hazırlığının yoxlanılmasına başlanıldığını bildirmişdi.

AzərTaym .az  






Fikirlər