Jurnalistlərə açıqlama verən general-mayor özündən getdi (VİDEO)
Obamanın təyyarəsindən məsul şəxsin halı mətbuat konfransında pisləşib.
"F-35" qırıcılarına büdcədən ayrılan vəsait barədə jurnalistlərin sualları cavablandırılan zaman general mayorun başı kürsüyə doğru əyilməyə başlayıb. Ona ilk müdaxiləni yanındakı digər hərbçilər ediblər. Dərhal generala su verilib və başqa otağa keçirilib.
Bu zaman onlardan biri zarafat etməyi də unutmayıb: "Bu da "F-35"in nəyə qadir olduğu..."
Daha sonra 52 yaşlı C.Martin dərhal xəstəxanaya çatdırılıb. Onun özündən getməsinin səbəbi barədə heç bir açıqlama verilməyib. Artıq vəziyyəti yaxşı olan general işinin başına geri dönüb.
Onun bir müddət öncə qrip olduğu, yenicə sağaldığı bəllidir.
Məlumat üçün qeyd edək ki, general mayor Obamanın "Air Force One" təyyarəsindən məsul şəxsdir.
General mayorun özündən getdiyi an