36 YAŞLI GENERAL MTN-dən QOVULDU – Daha bir qohumu Mahmudova qurban getdi
Azərbaycnın ən gənc generallarından biri tutduğu vəzifədən azad edilib.
AzNews.az xəbər verir ki, 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib.
Qeyd edək ki, V.Allahquliyev 2015-ci ilin mart ayının 27-də general-mayor rütbəsiylə təltif edilmişdi. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.
Onu da bildirək ki, V.Allahquliyevin işdən azad edilməsi və sərəncama götürülməsi barədə məlumat bir neçə gün əvvəl yayılmışdı.