“Yatsenyuk 3 aya vəzifədən gedəcək” - Poroşenko söz verdi
“Baş nazir Arseniy Yatsenyuk 3 ay ərzində vəzifədən getməlidir”. AzerTaym.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Petro Poroşenkonun bloku” fraksiyasından olan deputat Mustafa Nayem deyib. O bildirib ki, fraksiyanın toplantısında çıxış edən Prezident buna dair söz verib: “Yatsenyukun getməsi barədə strateji qərar verilib. Bu, 3 ay ərzində baş tutmalıdır. 3 ay ərzində nə olacağını isə Prezident izah etməyib”, - deyə deputat əlavə edib. Qeyd edək ki, P. Poroşenko Baş naziri istefaya çağırsa da, Ukrayna Ali Radası onu istefaya göndərə bilməyib.