ƏSƏD MOSKVANIN NƏZARƏTİNDƏN ÇIXIR? – “Yaxşı polis-pis polis oyunu…”

 

Russia's President Vladimir Putin (R) an

Rusiya KİV-ləri Suriya prezidenti Bəşər Əsədin tədricən Moskvanın nəzarətindən şıxması barədə yazılar dərc etməyə başlayıblar. Bu nöqteyi-nəzərə görə, Moskva Əsədi Cenevrə prosesi çərçivəsində qəbul edilmiş atəşkəsə razı olmağa çağırır. Amma bunun əvəzinə Əsəd hərbi və siyasi dəstək tələb edir.

Məsələn, Rusiya Xarici İşlər naziri hamını döyüşlərin dayandırılması barədə Münxendə əldə olunmuş razılaşmanı müdafiə etməyə səsləyir, ancaq Əsəd bildirir ki, bütün Suriya torpaqlarını öz nəzarətinə almayanadək müharibəni davam etdirəcək. Son bir neçə gündə müxtəlif mətbuat orqanlarında “Əsəd Rusiya tərəfindən elan edilən atəşkəslə razılaşmaq istəmir” başıqlı məqalələr dərc olunur.

Rusiyanın bəzi analitikləri belə bir yanaşma ilə razılaşmadıqlarını söyləyirlər. Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun Yaxın Şərq münaqişələrinin analizi mərkəzinin direktoru Aleksandr Şumilin hesab edir ki, Rusiya və Suriya Qərblə oyun oynayır. A.Şumilin Rusiyanın azsaylı müstəqil qəzetlərindən biri olan “Novaya qazeta”ya verdiyi müsahibəsində deyib: ”Əsədin, “yazıq Moskvanın” sözünə qulaq asmamasından danışmaq, sadəcə sadəlövhlükdür. Heç şübhə yoxdur ki, Moskvanın tapşırıq və göstərişləri olmadan Əsəd heç nə edə bilməz. Bombalama əməliyyatını Əsəd deyil, əsasən Moskva həyata keçirir”.

Moskvanın Suriyadakı müqavimət qüvvələrinin hamısını terrorçu adlandırmasından fərqli olaraq, hələ 2015-ci ilin oktyabrında Şumilin yazırdı ki, hər halda mötədil Suriya müxalifəti də var. Mövcud vəziyyətlə əlaqədar olaraq, Şumilin qeyd edib: ”Çox bədbin bir mənzərə yaranır. Mötədil anti-Əsəd cəbhəsini, qərb istiqamətində Rusiya aviasiyasının köməyi ilə hökumət qoşunları, şərq tərəfdən isə İŞİD terrorçuları sıxışdırırlar”.

Politoloq Andrey Piontkovski Rusiyanın Suriyadakı davranışını Rusiyanın islam dünyası ilə münasibətini yüz il boyunca zəhərləyəcək “mənasız qəddarlıq” adlandırıb. Piontkovski özünün “Exo Moskva”dakı bloqunda yazıb: ”Bu gün Suriyanın şimalında Rusiya Hərbi Hava Qüvvələrinin hərbi cinayətini gizlətmək artıq mümkün deyi. Bəli, Kremldəkilər bunu heç gizlətmirlər və onlar Əsədin kimin terrorçu olmasını müəyyənləşdirməsinə əsasən davranırlar. Əsədə görə, ”legitim şəkildə yüz minlərlə vətəndaşını öldürən” qanuni prezidentə qarşı çıxanların ailələri, qonşuları, xəstələr, hospitallar, məktəb uşaqları, yoldan keçən kim varsa, hamısı terrorçudur”.

Yanvar ayında Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko yazmışdı ki, Moskvanın mütəmadi şəkildə Əsəddən üz döndərməyə hazır olduğuna eyham vurması,ümumi yekunda Qərbə göstərməkdir ki, baxın, mən nə qədər yaxşıyam və hətta, Əsədə getməyi xahiş etdim, ancaq o razılaşmır. Kreml Ukraynada da bu cür davranırdı və hamını inadırmaq istəyirdi ki, Rusiya məsələnin həllinə can atır, lakin müqavimət qüvvələri işə mane olurlar.

Yaxın bir neçə həftə ərzində biz, Əsədin həqiqətənmi Moskvanın nəzarətindən çıxdığını və ya sadəcə olaraq, Putin ilə Əsədin Qərblə yaxşı polis-pis polis oyununu oynadıqlarını biləcəyik.






Fikirlər