ABŞ-RUSİYA YARIŞININDA YENİ RAUND – Suriya uğrunda

 

stockinfocus_ru_wp_content_uploads_2015_07_putin_obama_1398787854_jpg_600x450_q85

Qərb analitiklərinin qənaətinə görə, Rusiyanın Suriyadakı iştirakı oradakı hərbi balansı pozmaqla yanaşı, həm də ekstremist qruplaşmaların güclənməsinə stimul verə bilər. Suriya prezidenti Bəşər Əsəd və İraq hökuməti güman edir ki, ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı endirilən hava zərbələri əsl həqiqətdə terorizmin genişlənməsinə imkan yaradıb. (“Jenbin jibao”-Çin)

Bəs, nəyə görə biz indi Rusiyanın belə böyük miqyasda Suriyadakı hərbi vəziyyətə cəlb olunmasını izləyirik? Analitiklərin fikrinə görə, bu ilk növbədə terrorizmə qarşı mübarizə kimi başa düşülür. İŞİD də daxil olmaqla, bir çox ekstremist təşkilatlar Qafqazdakı və Orta Asiyadakı ekstremist yönlü müsəlmanları kütləvi şəkildə öz sıralarına cəlb edirlər. Əgər Əsəd rejimi çökərsə, onda həmin ekstremist qruplaşmalar xarici ölkədə, yəni Suriyada çox möhtəşəm bir mənzil–qəragah əldə etmiş olarlar.

Rusiyanı hava zərbələrini endirməyə sövq edən digər bir ciddi səbəb isə neftdir. Böyük Britaniyanın “Daily Telegraph” qəzeti bəyan edir ki, neftin qiymətinin kəskin enişi Rusiya iqtisadiyyatını dağıdır. Ancaq böyük ölçüdə neft gəlirlərindən asılı olan Rusiya tərəfindən həyata keçirilən hava hücumları, regiondakı gərginliyi nəinki bəsləyəcək, həm də anti-hökumət qüvvələrini maliyyələşdirən Fars körfəzi ölkələrindəki riskləri artıracaq və o cümlədən də İranın gücünü yüksəldəcək.

Bununla yanaşı Rusiyanın Suriyadakı hərbi fəaliyyətləri, onun öz daxilindəki ictimai fikri Ukrayna məsələsindən yayındırır və həm də ki, ölkənin beynəlxalq imicinin dəyişilməsinə kömək edir. ”Nezavisimaya qazeta” qəzeti belə bir fikir irəli sürür ki, bütün bu fəaliyyətlər nəticəsində Rusiyanın bu şəkildə beynəlxalq arenaya qayıtması Qərb ölkələrini Rusiya ilə bərabər hüquqlu dialoq qurmağa məcbur buraxır.

Əslində isə əgər məsələyə İŞİD-ə qarşı mübarizə aparılması nöqteyi-nəzərindən yanaşsaq, Rusiya mütləq olaraq, Amerikanın maraqlarına təhlükə deyil. Beləki, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri bildirib ki, Rusiya tərəfinin Suriyadakı hərəkətləri Vaşınqton üçün əlverişli vəziyyət hesab oluna bilər. Amerika və Rusiya arasında bir çox məsələlərdə fikir ayrılığının müşahidə olunmasına baxmayaraq, onlar İŞİD-ə qarşı mübarizədə birlikdə əməkdaşlıq edəcəklərini bildiriblər.

BMT-nin Baş Assambleyasında iştirak etməzdən əvvəl Vladimir Putin Amerikanın “CBS” telekanalına verdiyi müsahibəsində söyləmişdi ki, əgər Suriyanın qanuni hökuməti ilə müxalifət arasında sağlam dialoq baş tutarsa, onda ölkədəki böhran həll olunar.

Amma ABŞ bu mövqe ilə qətiyyən razılaşmır. İndiki vəziyyətdə ABŞ-ı Rusiyanın bir fakt kimi Suriyadakı hərbi işrtirakı deyil, onların hərbi fəaliyyətlərinin müxaifətə doğru yönəldilə biləcəyi narahat edir. Beləki, ABŞ Bəşər Əsəd rejiminin müxalifət tərəfindən devrilməsini istəyir. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut (Douglas Lute) 7 oktyabr tarixindəki çıxışında deyib ki, ABŞ və Rusiyanın İŞİD-ə qarşı mübarizəsində ümumi maraqları ola bilər, lakin onların Suriya rejiminin müdafiə olunması məsələsində ümumi məqsədləri yoxdur.

Rusiyanın hava zərbələri həmçinin Yaxın Şərqdəki vəziyyəti də mürəkkəbləşdirir. Hazırda Suriya məsələsi ilə əlaqədar Yaxın Şərq ölkələri yekdil bir fikirdə deyillər. Misir və İran Rusiya ordusunun Suriyaya göndərilməsini alqışlayırlar. Ancaq Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və digər Yaxın Şərq ölkələri Rusiyanın Suriyadakı hava zərbələrini dərhal dayandırması ilə bağlı bəyanatlar səsələndirirlər.

Belə güman etmək olar ki, ABŞ Rusiyanın diqqət mərkəzində olmasını və “mənəvi meydançanı” əlinə keçirməsini qəbul emir və həm də beynəlxalq anti-terror düşərgəsinin dağılmasına imkan vermək də istəmir. Elə bununla əlaqədar olaraq, böyük ehtimalla yaxın gələcəkdə Suriya uğrunda ABŞ ilə Rusiya arasındakı yarışın yeni raundu başlayacaq. AzPolitika.info






Fikirlər