"BMT öz vəzifələrini yerinə yetirə bilmir" — ŞOK HESABAT
BMT öz vəzifələrini yerinə yetirə bilmir və onun strukturu yenilənməlidir. Ölkə.az xəbər verir ki, bu haqda "Amnesty International" təşkilatının dərc etdiyi hesabatda deyilir. Dünyada insan hüquqlarının təminatı sahəsindəki problemlərlə bağlı təşkilatın hazırladığı hesabatda BMT sərt tənqid atəşinə tutulub. "Müasir dünyada insan hüquqları" adlı illik hesabatda bildirilir ki, BMT nüfuzlu beynəlxalq təşkilat olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. "BMT insanları müharibələrin gətirdiyi bədbəxtliklərdən qorumaq üçün yaradılıb. Amma bu gün BMT böyük problemlər qarşısında öz səlahiyyətlərini yerinə yetirə bilmir. Dünyanın hər yerində insan hüquqları pozulur, insanlığı təhlükə altında qoyan prosseslər gedir, amma bu təşkilat heç bir tədbir görə bilmir", "Amnesty International"ın illik hesabatında belə vurğulanır.