12.05.2014. - Səlim Müslümov pul və kadr tapa bilmir

12.05.2014. -  Səlim Müslümov pul və kadr tapa bilmirBizim əsas problemlərimizdən biri kadr çatışmazlığıdır. Hazırda məşğulluq xidməti orqanlarında 407 nəfər çalışır. Halbuki beynəlxalq standartlara əsasən hər 100 min nəfərə 15 məşğulluq xidməti əməkdaşı olmalıdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

M.Kərimli bildirib ki, keçən həftə İsmayıllıda pilot məşğulluq xidməti açılıb: “Bura beynəlxaq standartlara cavab verən mərkəzdir. Orda 4 nəfər əməkdaş çalışır. Amma İsmayıllı rayonun əhalisi 82 min nəfərdən çoxdur. Bu o deməkdir ki, orada ən azı 12- 13 nəfər çalışmalıdır”.

12.05.2014. -  Səlim Müslümov pul və kadr tapa bilmir








Nazir müavininin sözlərinə görə, başqa bir problem isə məşğulluq tədbirlərinə ayrılan maliyyə vəsaiti ilə bağlıdır: “Bizdə məşğulluq məsələlərinə təxminən 10 milyon manat vəsait ayrılır. Beynəlxalq təcrübəni öyrənmişik, Litvanın əhalisi 3,4 milyon nəfərdir, amma orda 1350 nəfər bu işlə məşğuldur, 189 milyon avro da vəsait ayrılır".

M.Kərimli bildirib ki, həm kadr məsələsi həm də ayrılan vəsait ölkəmizin iqtisadi inkişaf tempinə və əmək bazarı tələblərinə uyğun gəlmir
(APA TV)
.






Fikirlər