"Wikileaks" ABŞ-ın Ankaradakı səfirliyinin gizli hesabatını yaydı

 

 

ABŞ  kəşfiyyatının  gizli məlumatlarını dərc edən  dünyaca  məşhur  "Wikileaks"  saytı  PKK-nın siyasi qolu  HDP-nin  həmsədri   Səlahəddin  Demirtaş haqqında sensasion hesabat dərc edib.
 
Avropa.info xəbər verir ki, Demirtaj  kürdlərin və digər azlıqların müdafiəçisi olduğunu desə də yayılan hesabatda ABŞ-lı diplomatlar  onun kimliyi barədə  çox mətləblərə aydınlıq gətiriblər.
 
               ABŞ-IN  SİYASƏTÇİ  YETİŞDİRMƏ  PROQRAMININ  ÜZVÜ  DEMİRTAŞ
ABŞ-ın  Türkiyədəki  səfirliyi  tərəfindən 14 Oktyabr 2005-ci ildə hazırlanan  və  Dövlət Departamentin göndərilən gizli  hesabatda, o dövrdə  İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri olan Səlahaddin Demirtaş ilə aparılan danışıqlardan yazılır.
Hesabatda Demirtaşın Beynəlxalq Ziyarətçi Liderlik Proqramının   keçmiş iştirakçısı olduğu ifadə edilir. Bu proqram ABŞ-ın siyasətçi  yetişdirmə proqramı kimi tanınır.
 
                2005-Cİ  İLDƏ  ABŞ  SƏFİRİ  İLƏ GÖRÜŞ
Sənəddə qeyd olunur ki, 2005-ci ilədə  ABŞ-ın Ankaradakı səfiri  ilə görüşən Demirtaş Türkiyə əleyhinə danışıb. 27 sentyabr 2005-ci ildə baş tutan görüşdə Demirtaş  Türkiyınin cənub-şərq hissəsindəki xalqın 50 faizinin PKK-nı dəstəklədiyini səfirə deyib. O, həmçinin  səfirə yeni bir kürd partiyası quracağını, lakin qurulacaq partiyada olacaq şəxslərin PKK-ya çox yaxın olması səbəbilə üzdə konstruktiv siyasi xətt yeridən siyasətçilərə ehtiyaclarının olduğunu deyib.
 
              ABŞ-IN  ƏMƏLİYYATINA XALQIN REAKSİYASI SƏRT OLAR
 
Hesabatlara daha bir maraqlı dialoq öz əksini tapıb. ART TV-nin  Nezahat Dağtəkin ABŞ-lı rəsmilərlə görüşündə "bölgədə  heç bir ailə tərəfsiz deyil, hamımızın   PKK-nın içində yaxınları var" deyir.  Cizrədən  olan  Şeyx Abdülbaqi Haşimi isə ABŞ-ın ehtimal olunan bir əməliyyatı qarşısında bölgə xalqının sərt reaksiya verəcəyini bildirir. 
              
                KÜRD XALQI PKK-NI SEVMİR
Səfirliyin  Dövlət Departamentinə göndərdiyi  məktubda  30 sentyabr 2003-cü ildə  ABŞ-lı İnsan Haqları rəsmilərinin bölgəyə getdiyi bildirilir. Hesabatda xalqın ABŞ-ın regionda mümkün bir əməliyyat keçirməsindən narahat olduqları qeyd olunur.Bölgədə kürd xalqı ilə görüşlərdə onların böyük əksəriyyətinin PKK-ya qarşı olduğu bildirilir.






Fikirlər