BMT TŞ Suriyada atəşkəsi rəsmən təsdiqlədi - SON xəbər
Suriyada bu gecədən etibarən qarşıdurmanın dayandırılması ilə bağlı qərar layihəsi BMT-nin Təhlüksizlik Şurası tərəfindən qəbul edildi.
Musavat.com xəbər verir ki, Bəşər Əsəd rejimi ilə yanaşı silahlı mübarizə aparan təxminən 100 fərqli qrup da atəşkəsə əməl edəcəyini bldirib. Məlumata görə, YPG qruplaşması da atəşkəs sövdələşməsinə uyacağını qeyd edib.
Atəşkəs razılaşmasına daxil edilməyən İŞİD və Əl-Nusra qruplaşmalarına qarşı əməliyyatlar davam edəcək.
Nusra cəbhəsi də öz növbəsində atəşkəs müddətində Suriya ordusuna qarşı hücumlarına davam edəcəyini bildirib.