Bəşər Əsəddən acı etiraf...

Bəşər Əsəddən acı etiraf...Suriya dövlət başçısı Bəşər Əsəd ordusunun təxminən 4,5 ildir döyüşdüyünü, vətəndaş müharibəsini davam etdirəcək gücü qalmadığını ilk dəfə etiraf edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, təxminən 1 illik fasilədən sonra ilk dəfə danışan Əsəd Suriya ordusunda əsgər sayının əhəmiyyətli dərəcədə azaldığını, bu səbəbdən silahlı qüvvələrin "əhəmiyyətli bölgələrin müdafiəsinə" yönəldiləcəyini bildirib.

Paytaxt Dəməşqdə müttəfiqlərinə və Suriya elitasına xitab edən Əsəd dövlət televiziyasının canlı yayımındakı çıxışının xeyli hissəsini ölkəsində terroru dəstəklədiyini iddia etdiyi "xarici güclərin" tənqidinə ayırıb. Əsəd "Özləri İŞİD-i vuranda "terrorizm" deyirlər. Biz vurunda isə buna "inqilab", "Azadlıq", "Demokratiya və insan hüquqları" deyirlər. İndi terror təşkilatını özləri vururlar. Amma terrorun toxumunu əkənlər onu necə yox edə bilərlər? " deyib.

Əsəd, Suriya böhranına siyasi həll tapmaq üçün başladılan cəhdləri təqdirlə qarşıladığını deyib. O, verdikləri dəstəyə görə Rusiya, İran və "Hizbullah" təşkilatına təşəkkür edib.
Bəşər Əsədin nitqinin ən diqqətəlayiq hissəsi isə Suriya ordusunun mövcud vəziyyətinə dair fikirlərisir. Uzun döyüşlər, qaçqınlıq və köçlər səbəbindən 2011-ci ildə 300 min əsgərə sahib olan Suriya ordusunun şəxsi heyətinin sayının xeyli azaldığını etiraf edən Əsəd ordunun müdafiə strategiyasının dəyişmək məcburiyyətində qaldığını açıqlayıb: "Suriyanın hər santimet torpağı qiymətlidir. Ordumuz qadirdir. Əllərində hər şey vardır. Ancaq insan qaynağında çətinlik yaşayırıq. Müəyyən vəziyyətlərdə silahlı qüvvələrimizin strateji bölgələri qoruyacaq. Ancaq mən çöküşdən bəhs etmirəm. Dirənəcəyiz. Silahlı qüvvələrimiz vətənimizi qoruyacaq gücdədir". ABŞ liderliyindəki koalisiya isə Suriya və İraqda İŞİD-in hədəflərinə 33 hava hücumu təşkil edib. Hücumların 20-i Ramadiyə yönəlməklə İraqda reallaşdırılıb.

Suriya ordusu bir müddət əvvəl ölkənin şərqi və şimalında təxminən 95 min kvadrat kilometr sahəyə nəzarəti itirmişdi. Ordu birlikləri yalnız Haseki və Hələbdə mövqeyini qoruya bilmişdi. "Əl Nusra Cəbhəsi"nin liderliyi ilə Fəth Ordusunun İdlibi ələ keçirməsi, Şam-Lazkiyə xəttində Əsəd güclərinə ağır zərbə oldu. Suriya ordusunun İdlibi geri almağa cəhd edəcəyi gözlənilir.






Fikirlər