Türkiyə ilə bağlı daha BİR TERROR xəbərdarlığı

Kanada hökuməti Türkiyədə olan vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Kanada hökuməti Türkiyədə olan vətəndaşlarına insanların çox olduğu yerlərdən uzaq olmağı məsləhət görüb.
Həmçinin adıçəkilən ölkənin hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.






Fikirlər