Rza Zərrabın KATİBƏSİ də TUTULDU

Rza Zərrabın katibəsi də tutuldu

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın istintaq prosesində yeni detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, Türkiyədə R.Zərrabın katibəsi Sinəm A., işçiləri Rəqayib A. və Mustafa H. casusluq ittihamı ilə həbs edilib.

Daha öncə R.Zərrabın 17 işçisi həbs edilmişdi.

Əldə edilən məlumata görə, onlardan 14-ü bu gün azadlığa buraxılıb.






Fikirlər