11.03.2014. - ”Putin Bakı-Ceyhana mane olurdu” bp-nin rəhbəri
“Axar.az”ın «The Daily Best»ə istinadən məlumatına görə, Braunun memuarı onun şirkətdəki 12 illik fəaliyyətini əhatə edib.
Qeyd edək ki, Braun kitabında neft və qazın dünyada əsl silaha çevrilməsindən, Rusiya Prezidenti Vladimir Putinin bu məqamdan maksimum yararlanmasından bəhs edib. Onun sözlərinə görə, Putin möhtəşəm taktikdir: ”Putin rəhimli adam deyil, praktiki olaraq, onun hansı addımlar atacağını müəyyənləşdirmək mümkün deyil. Bunu onun emosiyalarından da sezmək olmur”.
Xatırladaq ki, Con Braun 1995-2007-ci illərdə Rusiyada işləyib və şəxsən Putini yaxından tanıyıb: “Xatırlayıram, Putin başda olmaqla ruslar Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallşmasına qarşı olmazın hərəkətlər edirdilər. Onlar ümumiyyətlə Azərbaycan neftinin Türkiyə üzərindən nəqlinin əleyhinə idilər. Rusiyalı dostlarımız bunun üçün hər bir fantastik addımlara əl atırdılar, alçaqlığa meyl edirdilər”.