Ərəbistanda ŞOK çağırış: Qüds İsrailin TARİXİ HAQQIDIR
Səudiyyə Ərəbistanında akademik Əbdülhəmid Hakim Qüdsü İsrailin paytaxtı olaraq tanımağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə Haber-7 informasiya yayıb. “Trampın Qüds qərarı müzakirələr üçün müsbət şok effekti yaratdı. Biz ərəblər digər tərəfin tələblərini anlamalıyıq. Ərəb düşüncəsi Camal Əbdül Nasirin irsi və sünni-şiə məzhəbçiliyindən qurtularaq antisemitizm ilə yəhudilərin tarixi haqlarını inkar etməkdən imtina edir”, - akademik deyib.