“İnterfax”ın redaktorunun meyiti TAPILDI

"İnterfax" agentliyinin redaktoru Yuri Nikifirovun Moskva vilayətinin Odintsevo şəhərində Marşal Krılov küçəsində yerləşən evdə meyiti tapılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun meyitini həyat yoldaşı həyətdə asılı vəziyyətdə aşkarlayıb. 33 yaşlı jurnalistin ölümünün səbəbləri araşdırılır.

Məhkəmə tibbi ekspertizanın təyin olunması üçün meyit "morq"a göndərilib.

 






Fikirlər