Bir həftənin gəlininin meyiti meşədə tapıldı- 23 YAŞLI Gülnarın

Bir həftənin gəlininin meyiti meşədə tapıldı-23 yaşlı Gülnarın

23 yaşlı Gülnarı əri Samir Həbibovun öldürdüyü deyilir.

Sankt-Peterburqda toydan bir həftə sonra itkin düşən Gülnar Vəliyevanın meyiti Petrodvortsovi rayonunda meşədən tapılıb. Məlumata görə, Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirib.  
"Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.
Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb. ANS PRESS-in "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Gülnar Həbibovanı öz həyat yoldaşı qətlə yetirib. Sonra isə onun itkin düşməsi barədə polisə məlumat verib. 
Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. 
Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb.  Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonuna zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.   
O zamandan Gülnar Həbibova haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar. 
Bu gün isə Samir Həbibov Gülnar Həbibovanın qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnar itməyib və evdən qaçmayıb. "Mayın 26-sı Samir Həbibov aprelin 22-si Marşal Jukov prospektində yerləşən mənzildə Gülnar Həbibovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb", - deyə Peterburq üzrə Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq idarəsinin rəsmi nümayəndəsi Sergey Kapitonov "Komsomolskaya Pravda" qəzetinə bildirib.
Məlumata görə, hazırda Samir ifadə verir, onun günahını etiraf edib-etmədiyi haqda məlumat yoxdur. 
 






Fikirlər