26.04.2014. - Peterburq sakinləri azərbaycanlı milyarderin əlindən bezib.
"AzerTaym.az" saytı Virtualaz.orga istinadən xəbər verir ki, Vaqif Məmişova məxsus “Likostroy” şirkəti həmin rayonunun Belarus küçəsində avtodayanacaq yerləşən ərazinin bir hissəsini alıb və həmin ərazidə ticarət mərkəzi tikməyə hazırlaşır.
Lakin sakinlər hesab edir ki, ərazidə ticarət mərkəzi tikilsə, nəqliyyat kollapsı yaranacaq və yaxınlıqda yaşayanların rahatlığı pozulacaq.
Məlumata görə, Vaqif Məmişov bundan əvvəl ticarət mərkəzini şəhərin Farforovsk qəbiristanlığının ərazisində tikmək istəyib. Lakin yerli sakinlərin və ictimaiyyətin uzun müddət davam edən etirazlarından sonra Sankt-Peterburq qubernatoru qəbiristanlıq ərazisində 0,6 hektar torpaq sahəsinin mülkiyyətçisi olan “Likostroy” şirkətinə Rjeyevka-Poroxovıye rayonu ərazisində torpaq sahəsinin ayrılmasına qərar verib. Ancaq indi həmin rayonun sakinləri Məmişovdan şikayət etməyə başlayıb.
V.Məmişov Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderlərindən biri və “Konrad” şirkətlər qrupunun sahibidir. Onun biznesinə tikinti, ticarət mərkəzləri, zavodlar və s. daxildir. Sərvəti bir neçə milyard dollardır.