ŞAQEN Nazaryan: ŞUŞA boşalır, İNSANLAR evlərini tərk edirlər

Şaqen Nazaryan: Şuşa boşalır, insanlar evlərini tərk edirlər

Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır, mülki əhali təcili şəkildə evlərini tərk edir.

Bu barədə “Komsomolskaya pravda”ya müsahibəsində erməni jurnalist Şaqen Nazaryan bildirib.

“İndi mən Rusiyadayam, lakin anam da daxil olmaqla, qohumlarım Qarabağdadır. Mən bu gün, bazar günü onunla danışdım, dedi ki, kişi əhalisinin səfərbərliyi gedir, Şuşa şəhəri boşdur, hamı evində oturub.

Cənub istiqamətdə isə - ora Hadrutdur – indiyədək amansız döyüşlər gedir. Vəziyyət dəyişməsə, ola bilsin qohumlar uşaqlarını dəhliz vasitəsilə İrəvana aparacaqlar”, - deyə, o, bildirib.

Nazaryan həmçinin qeyd edib ki, əksər xəstəxanalarda qan çatışmazlığı hiss olunur və dünəndən əhalidən qan yığılır.

“Elə indicə dayımdan soruşdum, onu hələ səfərbər etməyiblər, lakin hazır ol deyiblər”, - Nazaryan qeyd edib.(oxu.az)

 






Fikirlər