Qənimət Zahidin qardaşlarının evində axtarış gedir
“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidin doğma kəndi olan Meysəridə onun qardaşlarının evində axtarış aparılır.
Bu barədə “azadliq.info” xəbər verir. Hazırda ev polisin əhatəsindədir.
Polisin evdə hansı bəhanə ilə axtarış apardığı hələlik məlum deyil.
Xatırladaq ki, ötən həftə Q.Zahidin iki qardaşı oğlu və əmisi oğlu həbs edildi. Q.Zahid bu həbsləri və qohumlarına qarşı həyata keçirilən digər repressiv hərəkətləri fəaliyyəti ilə əlaqələndirir.