ƏSGƏRLƏRİN EHTİYATA buraxılmasına başlanıb

437

Əsgərlik müddəti başa çatmış müddətli hərbi xidmət keçən hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb. Bu barədə musavat.com-a hərbi xidmətini başa vurub, aprelin 15-də ehtiyata buraxılan əsgərlərin ailələrindən məlumat verilib.

Qeyd edək ki, Ali Baş Komandan, prezident İlham Əliyev martın əvvəlində silahlı qüvvələrdə xidmət keçən və hərbi xidmət müddəti başa çatan müddətli hərbi qulluqçuların aprelin 1-dən 30-dək ehtiyata buraxılması və hərbi xidmət yaşı çatmış çağırışçıların silahlı qüvvələrdə xidmətə çağırılması barədə fərman imzalamışdı.
Aprelin 1-dən 2-nə keçən gecə Qarabağ cəbhəsində Ermənistan qoşunlarının hücumudan sonra başlanan 3 günlük müharibə səbəbindən hərbi qulluqçuların ehtiyata buraxılmasının müvəqqəti dayandırıldığı bildirilirdi. Aprelin 5-də isə tərəflər arasında atəşkəs razılaşması əldə olunub və bu razılaşma hələ qüvvədədir.

 






Fikirlər