Ermənilərin atdığı MƏRMİ məktəbə düşdü -Müxbirlərimiz CƏBHƏ xəttindən yazır (eksklüziv fotolar)

Ermənilərin atdığı mərmi məktəbə düşdü -Müxbirlərimiz cəbhə xəttindən yazır (eksklüziv fotolar)

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub. 
Musavat.com saytının Tərtərə ezam olunmuş reportyorlarının verdiyi xəbərə görə, düşmənin atəşi nəticəsində 58 yaşayış məntəqəsi, 2 orta məktəb, 1 ərzaq dükanına ciddi zərər dəyib. 
6 saylı orta məktəbin direktoru Azad Abbasov musavat.com-a bildirib ki, məktəbə çox ciddi ziyan dəyib: "2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib". 
Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dəymiş zərərin məbləği hesablanır. Düşmən digər günlərlə müqayisədə bu gecə sırf yaşayış məntəqələrini hədəfə alıb. Silahlı qüvvələrimiz düşməni bütün istiqamətlər üzrə layiqli cavab atəşi ilə susdurub. 
Düşmənin atəşə məruz qoyduğu yaşayış məntəqələri ilə bağlı daha geniş məlumatı yaxın saatlarda təqdim edəcəyik. 
  Tərtər











AzerTaym.az






Fikirlər