NƏRİMANOV rayonunda görkəmli oftalmoloq alim, akademik ZƏRİFƏ xanım Əliyevanın anadan olmasının 93-cü İLDÖNÜMÜ qeyd edilib.

27 aprel 2016-cı il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın, ziyalıların, rayon ictimaiyyətinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırıb.
  Natiq bildirmişdir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.
  Daha sonra çıxış edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzinin əməkdaşı, tibb elmlər fəlsəfə doktoru Nübar Həşimova vurğulayıb ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurmuşdur.
Sonra tədbir məktəbin şagirdlərinin ifasında klassik musiqi parçaları ifaları ilə davam etmişdir.

AzerTaym.az






Fikirlər