Azərbaycan Tibb Universitetinin MƏZUNU Çeçenistanın SƏHİYYƏ NAZİRİ oldu

Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.

"Report" xəbər verir ki, bu barədə o, öz "İnstagram" səhifəsində yazıb. "Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım", — deyə o bildirib.

Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.

Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.






Fikirlər