ATU-nun TƏDRİS Cərrahiyyə Klinikasında “Azərbaycan-Türkiyə 1-ci endokrin günləri” KONFRANSI keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Azərbaycan-Türkiyə 1-ci endokrin günləri” konfransı keçirildi.

AzerTaym.az ATU-nin mətbuat xidmətinə istinadən xəbər verir ki ATU -də Tədbir keçirilib.TədbirdəTürkiyədən dəvət olunmuş mütəxəssislər, Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov, klinikanın baş həkimi dosent Asiman Həsənov, eyni zamanda, klinikanın həkim və rezidentləri iştirak edib.

Konfransı açıq elan edən ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev tədbir iştirakçılarına Tibb Universitetinin fəaliyyəti haqqında geniş məlumat verdi.

O qeyd etdi ki, universitet klinikalarının yaranmasında ümumilli lider Heydər Əliyevin çox böyük rolu olub. “Tibbə, səhiyyəyə diqqət ayıran Heydər Əliyevdən sonra, cənab prezident İlham Əliyev də bu diqqətdən kənar qalmayıb, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən klinikaların yaranmasında böyük töhvələri olub. Əvvəl Stamotoloji Klinika yarandı. Daha sonra onkoloji, son illərdə isə iki böyük klinika, Azərbaycan Tədris Cərrahiyyə Klinikası və Tədris-Terapevtik Klinikasının yaranmasında bilavasitə iştirak etdi.

Klinikaları avadanlıqlarla təchiz etdi və öz xeyir duasını verdi”. 
Professor İ. İsayevin sözlərinə görə, klinikaların təkmilləşməsində türkiyəli həkimlərin də böyük köməkliyi olub: “Bizim həm dilimiz, həm dinimiz, həm də adətlərimiz yaxındır. Hər sahədə yeni işə başlayanda, türkiyəli həkimlər təmənnasız olaraq bizə yardımçı olublar. Demək olar ki, Türkiyənin əksər universitetləri ilə tələbə mübadiləsi edirik. Bizim əməkdaşlığımız bundan sonra da davam edəcək”.

İ. İsayev sonda universitet rəhbərliyi adından Türkiyədən gələn qonaqlara öz təşəkkürünü bildirdi.

Tədbirdə iştirak edən depitat, opt.dr. Ceyhun İrgil Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini bildirdi və endokrin cərrahiyyəsi haqqında tədbir iştirakçılarını məlumatlandırdı: “Tiroid cərrahiyyəsində əvvəl hər kəsi əməliyyat edirdik. Ancaq çox şükür ki, son illərdə tiroid əməliyyatlarının 90 faizinin gərəksiz olduğu iddia edilir. İndi sadəcə 10 faiz əməliyyatlarımız olur. Nə qədər az əməliyyat etsək, bizim üçün bir o qədər yaxşı olar”. 
Daha sonra professor, dr. Seher Demirer Azərbaycanla bağlı öz təəssüratlarını bölüşdü: “Türkiyə torpaqlarından kənarda, başqa bir coğrafiyada mənim soydaşlarımla birlikdə olmağım, eyni dildə danışmağımız, eyni inanclara sahib olmağımız məni çox xoşbəxt etdi. Burada olmaq mənim üçün qürurvericidir”.

Seher Demirer onu da bildirdi ki, hazırda onların universitetlərində təhsil alan azərbaycanlı tələbələr var və onlarla işləmək türkiyəli həkimlərə zövq verir.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Fatih Universiteti Tibb Fakultəsi Xəstəxanası, Ərzurum, Atatürk Universiteti, "Sağlamlıq Naminə Təbiblər" İctimai Birliyi, Ankara Tibb fakultəsi və Bursa Omena Cərrahi Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilir.

AzerTaym.az

 

  .

 






Fikirlər