Ordumuzun odsaçan silahı erməni generalın bığlarını YANDIRIB +VİDEO

Ordumuzun odsaçan silahı erməni generalın bığlarını YANDIRIB +VİDEO

Erməni general "dördgünlük müharibə"dən sonra  bu günə düşdü 

Ermənistanın silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Movses Akopyan aprel döyüşlərindən sonra üzə çıxıb. 
  
"Dördgünlük müharibə" zamanı erməni general ağır yaralanmışdı. Uzun müddət Ağdərə hospitalında müalicə alan general daha sonra Xankəndi mərkəzi xəstəxanasına aparılmışdı.
 
Miq.az Baku.ws-ə istinadən verdiyi xəbərə görə, son bir neçə gündür ki, Ermənistan mətbuatına açıqlamalar verən generalın son vəziyyəti onun səhhəti ilə bağlı hər şeyi aydınlaşdırır. Bir xeyli arıqlayan erməni generalın bığları da qırxılıb. Görünür döyüşlər zamanı Azərbaycan ordusunun TOS-1A "Solntsepyok” ağır odsaçanla hərbin obyektləri vurması zamanı Akopyannın bığları ütülüb.   
 
Xatırladaq ki, Azərbaycan ordusu aprelin 4-də Qarabağda gedən hərbi əməliyyatlar zamanı erməni qüvvələrinin işğal altındakı Cəbrayıl rayonunda yerləşən qərargahına TOS-1A "Solntsepyok” ağır odsaçan sistemindən iki dəqiq raket zərbəsi endirib. Həmin vaxt qərargahda erməni ordusunun bir neçə generalı və polkovnikləri, digər yüksək rütbəli zabitləri olub. Onların arasında "DQR”in keçmiş "müdafiə naziri”, Ermənistanın silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, general Movses Akopyan və Qarabağdakı erməni qüvvələrinin korpus komandiri, general Seyran Saroyan da yer alırdı.






Fikirlər