Yaqub Zurufçunun bankda 250 MİN dolları batıb - - geri istəyir

Yaqub Zurufçunun bankda 250 min dolları batıb - geri istəyir

Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zurufçu üzləşdiyi problemlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Musavat.com əməkdar artistin məktubunu dərc edir.

 
Y.Zurufçu yazır: Hörmətli cənab Prezident! Sizin 2009-cu ildə mənə verdiyiniz vətəndaşlıqla qürur  duyuram və Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250000 (iki yüz əlli min) dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Bu arada bildirməliyəm ki, dəfələrlə sizə və Mehriban xanıma məktub yazıb və teleqram çəkmişəm. Prezident Administrasiyasının rəsmilərinə və bir çox dövlət orqanlarına bu məsələni bildirmişəm. Amma heç bir nəticəsi olmayıb. Görünür ki, sözümü sizə çatdırmayıblar. Sizdən xahiş edirəm ki, mənim ulu öndər Heydər Əliyevə sadiq, Azərbaycan dövlətçiliyinə bağlı biri olaraq, məsələmə xüsusi diqqət göstərəsiniz. Öncədən təşəkkür edirəm". 






Fikirlər