Məşhur müğənninin Bakıdakı bankda 200 min dolları BATIB...
“Üç il əvvəl bağlanmış “Royal Bank”da 200 min dollar əmanətim batıb”. Bunu APA-ya açıqlamasında əməkdar artist Yaqub Zurufçu deyib. Onun sözlərinə görə, bununla bağlı əlaqədar təşkilatlara müracitə etsə də, nəticəsi olmayıb: “İndiyədək müraciət etmədiyim yer qalmayıb. Lakin heç bir nəticə yoxdur”. “Royal Bank” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu isə sayta açıqlamasında bildirib ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir: "Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda “Royal Bank”ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. Hələlik zamana ehtiyac var. Çünki vəsait yığıldıqca hissə-hissə qaytarılır. Qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək".