Rektor dövlət imtahanlarının GEDİŞİNİ izlədi

Azərbaycan Tibb Universitetində yekun dövlət attestasiya imtahanları keçirilir. Sınaqlar bu gün də müxtəlif fakültələrdə, o cümlədən stomatologiya fakültəsində davam edib.

 
AzerTaym.az ATU-nin mətbuat xidmətinə istinadən xəbər verir ki Universitetin rektoru, professor Gəray Gəraybəyli Stomatologiya fakültəsində bacarıqların qiymətləndirilməsi üzrə Dövlət İmtahanlarının gedişini izləyib.
Rektor imtahan verən tələbələr, Dövlət İmtahan komissiyasının üzvləri və nəzarətçilərlə söhbət edib, prosesin gedişi ilə maraqlanıb. O, imtahanlarla bağlı öz tapşırıq və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, terapevtik stomatologiya üzrə imtahanlar ATU-nun Stomatoloji Klinikasının Tədris Mərkəzində təşkil olunub.
Burada tələbələrə öz bacarıqlarını nümayiş etdirmək üçün stomatoloji qurğular, xəstələr, mulyajlar, müxtəlif alətlər, cihazlar və plomb materialları, o cümlədən rentgen şəkilləri, dərmanlar və s. vasitələr təqdim olunub.
 
 

 






Fikirlər