Eldar İbrahimov: “Parlamentdə HƏR KƏS həddini bilməlidir”

bitmap-img6

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında yaranmış mübahisə ilə bağlı modern.az saytının suallarını cavablandırıb

 

- Eldar müəllim, uzun illərdir ki, parlamentin deputatsınız. Milli Məclisin iclaslarında belə mübahisələr qanunverici orqanın təsir göstərirmi?
- Əlbəttə, mənfi təsir göstərir, əsəblər gərilir... . Bəzi dövlətlərin parlamentlərində deputatlar döyüşürlər, əlbəyaxa olurlar. Biz başqa dövlətlərin parlamenti ola bilmərik. Biz elə olmamalıyıq.
Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc əsas müzakirə olunmalı məsələni qoydu kənara və başqa məsələlərdən danışmağa başladı. Müsəlmançılıq, etika deyilən anlayışlar var.
Bugünkü iclasda Zahid Oruca söz verildi, o da başladı danışmağa. Oqtay Əsədov da səbrlə gözlədi ki, danışıb qurtarsın. Avropa İttifaqı dağılır, filan hadisə baş verir... Avropa İttifaqı ilə bağlı bizə mühazirə oxuyurdu. İndi Avropa İttifaqı dağılacaq, Böyük Britaniya oradan çıxacaq və ya qalacaq, bunlar hələ tam məlum deyil. Bunların dərdini Avropa çəksin Zahid Oruc niyə çəkir ki? Milli Məclisdə savadlı deputatlar, akademiklər, professorlar var.
Zahid Orucun danışıq tərzi elədir ki, sanki danışanda bizə mühazirə oxuyur. Başa düşürük, Zahid Oruc hazırlıqlı və öz üzərində işləyən oğlandır. Amma bu o demək deyil ki, internetdən oxuduqları ilə Zahid Oruc bizə mühazirə oxumalıdır.
Zahid Oruc əgər siyasətşünaslıq etmək və dövlətlərarası münasibətlərdən danışmaq istəyirsə, İctimai Televiziyada və digər telekanallarda çıxıb nə istəyir desin. Milli Məclisdə başqa məsələlər haqqında yox, müzakirə olunan sənəd ətrafında danışmaq lazımdır. 
- Sizcə spiker təmkinli davrandımı? 
- Oqtay müəllim parlamenti idarə edən adamdır, onun sədridir. Oqtay Əsədov Zahid Orucun şıltaqlıqlarına nə qədər dözsün? Mövzu qalıb kənarda Zahid Oruc nədən gəldi danışır. Saatlarla yalandan danışıb vaxt alır. Oqtay müəllim bəlkə də parlamenti, iclasları idarə edən adam kimi bu danışıqlara dözür, amma deputatlar buna dözmür axı...
 Zahid Orucun danışığını deputatlar qəbul etmir. Amma o elə bilir ki, belə yersiz danışıqlarla nəsə qəhrəmanlıq edir. Axı bu qəhrəmanlıq deyil...
- Biz, parlamentin işini izləyən jurnalistlər müşahidə edirik ki, bu, Zahid Orucla Oqtay Əsədov arasında ilk mübahisə deyil... Sizcə səbəb nədir?..
- Zahid Orucun qəhrəmanlığı ancaq dövlətlərarası  münasibətləri pozmaqdan ibarətdir. Parlamentin bundan öncəki plenar iclasında Zahid Oruc deyir ki, İran prezidenti Ermənistana niyə gedir? İran prezidenti hara gedir, getsin də... Yoxsa hara getsə gəlib Zahid Orucdan icazə almalıdır? Hər dövlətin özünün milli dövlət siyasəti var. İndi İran prezidenti Ermənistana da gedə bilər, Azərbaycana da səfər edə bilər. Burda qeyri-adi nə var ki?!
Ötən dəfə Zahid Orucla yanaşı İran və onun prezidenti ilə bağlı bir neçə başqa deputatlar da müəyyən fikirlər səsləndirdilər. Mən İran-Azərbaycan parlamentlərarası  dostluq qrupunun rəhbəri və parlamentin üzvü kimi İranla bağlı səsləndirilən bu fikirlərlə razı deyiləm. İranla bizim dövlət və hökumət səviyyəsində çox yaxşı əlaqələrimiz var. İranla münasibətlərimzi daha da inkişaf etdirmək üçün əlimizdin gələni edirik.
Bizim deputatların parlamentdə İran haqqında səsləndirdikləri fikirlərə görə, Tehrandakı Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfi səfirimizdən bu məsələ ilə bağlı aydınlıq tələb edib. Yaxşı ki, Oqtay müəllim və Siyavuş Novruzov İran məsələsi ilə bağlı həmin an parlamentdə aydınlıq gətirdilər.
- Düşünürsünüz ki, Zahid Oruc bundan sonra parlamentdəki davranışlarına diqqət etməlidir?
-Bəli. Oqtay müəllimi parlamentə sədr biz deputatlar seçmişik, bütün deputatlar da sədrə hörmət etməyə borcludur. Oqtay Əsədov Zahid Oruca hörmətlə yanaşır, amma Zahid Oruc isə hər zaman hörmətsizlik edir. Oqtay Əsədov parlamentin sədri kimi istənilən deputat hansısa məsələdə irad tuta bilər və sədr kimi də irad tutmalıdır. Oqtay Əsədov Zahid Oruca nə iləsə bağlı irad tutursa, o, bundan nəticə çıxarmalıdır.
Amma Zahid Oruc tam əksinə olaraq, sədrin üzünə qayıdır və hörmətsizlik edir. Parlament mədəniyyəti deyilən məsələ var. Parlamentin sədri Oqtay Əsədova qarşı edilən hörmətsizlik bütün deputatlara qarşı edilən hörmətsizlik hesab olunur. Belə olmaz. Bizim Azərbaycan mentalitetində böyük-kiçik, ağsaqqal anlayışları var. Hərə öz yerini bilməlidir. Özünü yekə-yekə aparmaq biz deputatlara xas olan xarakter deyil.
Sədr parlamenti necə idarə edirsə, ona da qulaq asmaq lazımdır. Sənə kimsə irad tutursa, ona qulaq asmalısan. Ona görə də hesab edirəm ki, Oqtay Əsədova qarşı Zahid Orucun etdiyi bu hərəkətlər yerində olmayan və səhv hərəkətlərdir. Mən də uzun illərin deputatı kimi Zahid Orucun bu cür hərəkətlərini pisləyir və bunları yolverilməz, qeyri-qanuni hesab 






Fikirlər