Eyvaz Qurbanov Oğuzu necə özəlləşdirib – FOTOLAR
Oğuz rayonu günü-gündən “zəbt” olunur. Rayon sakinləri bildirirlər ki, artıq kəndlərin əraziləri icra hakimiyəti tərəfindən sahibgarlara satılaraq tikanlı məftillərlə məftillənərək sakinlərin girişinə qadağa qoyulub. Allahın Xalqımıza bəxş etdiyi təbiət mənzərələrini icra başçısı sakinlərə çox görür. Oğuz sakinləri rayonunun gözəl və su olan ərazilərinin rayon rəhbərliyi tərəfindən dövlətlər arasında sərhədləri bölən tikanlı məftillərlə bölündüyünü iddia edirlər.Bu iddialara aydınlıq gətirmək üçün Xeberbiz.az-ın əməkdaşı araşdırma aparmaq məqsədi ilə Oğuz rayonunda olub. Oğuz rayon Xalxal kənd ərazisinin rayon rəhbərliyi tərəfindən satılması nəticəsindən obyektlər tikilərək yerli kənd sakinlərinin əlindən alınmasının şahidi olduq. Çay yaxasında tikilən istirahət obyektləri kənd sakinləri ilə yanaşı istirahətə gedən aztəminatlı ailələrin su (çay kənarı) yaxınlığında düşüb istirahət etməklərinə qəti şəkildə icazə verilmir. Su (çay kənarı) yaxınlığında düşüb istirahət etmək üçün hər bir “məftillə tikanlanmış meşə massivinin “sahib””inə 40-60 manat civarında pul ödəməlisən, əks halda çay kənarına buraxılmayacaqsan! Maraqlısı odur ki, adları müxtəlif olan obyektlər “Şahdağ” Milli Parkı ərazisindədə yerləşir. “Şahdağ” Milli Park ərazisi başlayan hissədə solğun, diqqət çəkməyən şəkildə belə bir elan yazılıb: “Şahdağ” Milli Parkı DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR. Gördüyümüz bu xəbərdarlıq yazısından sonra sakinlərin bildirdiyi kimi Oğuz rayon İcra Hakimiyyəti başçısı Eyvaz Qurbanov tərəfindən satılmış ərazilərdə tikilən obyektlər başlayır. Bu obyektlərdəndə biri “Şəlalə Farel” dir. “Şahdağ” Milli Parkı Dövlət Qoruğunun hektarlarla meşə massivi qırılaraq“Şəlalə Farel” İstirahət obyekti tikilib. Qurban Eyvazovun sayəsində “Şahdağ” Milli Parkının ərazisində “Şəlalə Farel” kimi obyektlər çoxdur. “Şahdağ” Milli Parkı DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR yazısından sonra qoruğa girişdə yolun solunda diqqət çəkməz şəkildə yazılıb: “MEŞƏNİ YANĞINDAN QORUYAQ” Bu obyektlər içində meşəni yanğından necə qorumaq olar? “Şahdağ” Milli Parkının matəm günlərini yaşamaqda davam edir. Belə getsə gələcəkdə “Şahdağ” Milli Parkı adlı təbiət mənzərəsindən bizlərə boş sahələr və sel gətirən böyük qayalar qalacaq. Qarşı tərəfi mövqeyin dərc etməyə hazırıq. Oğuzdan çəkilmiş digər fotoları təqdim edirik.
ƏRAZİYƏ GİRİŞ QADAĞANDIR!