AHİK REFERENDİUMla bağlı TƏŞƏBBÜS QUPUPu yaradır
Sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar avqustun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı işə başlayıb.
"AzerTaym.az" AHİK-in mətbuat və ictimaiyyətlə əlaqə şöbəsinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanda vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edirlər.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirdə çıxış edərək toplantının məqsədinin referendumla bağlı təşviqat qrupunun yaradılması olduğunu diqqətə çatdırıb.